"Atletik"lə matç Xabi Alonsonun gələcəyinə təsir edəcək?

23:31 - 2 Dekabr 2025

"Real"da La Liqada üç oyundur qələbə qazana bilməmələrinə baxmayaraq, Xabi Alonsoya etimad davam edir.

Sportal.az xəbər verir ki, "Real"rəhbərliyi son oyunlarda – "Olimpiakos"a qarşı (4:3) və "Jirona" ilə matçda (1:1) – irəliləyiş əlamətlərini görüb. Klubda hesab edirlər ki, La Liqadakı qələbələr yalnız zaman məsələsidir.

Qeyd olunur ki, sabah keçiriləcək "Atletik"lə oyun vəziyyəti yaxşılaşdırmaq üçün imkan kimi dəyərləndirilir, lakin baş məşqçinin gələcəyini müəyyənləşdirən matç olmayacaq.

Bununla yanaşı, klub vəziyyətin düzəldilməsi üçün konkret vaxt qoymur və vurğulayır ki, komanda hələ də qurulma mərhələsindədir və artıq müəyyən ümidlər göstərir.

14 turdan sonra «Real» La Liqanın turnir cədvəlində ikinci yerdə qərarlaşıb və "Barselona"dan bir xal geri qalır.

Xəbər xətti