"Qvardiola səni çağırsa, lazım olsa diz üstə sürünərsən" - "Çelsi"nin müdafiəçisi

00:52 - 3 Dekabr 2025

Mark Kukurelya Pep Qvardiola qarşısında diz üstə sürünməyə hazır olduğunu bildirib.

Sportal.az xəbər verir ki, "Çelsi"nin müdafiəçisi "Movistar"a verdiyi müsahibədə maraqlı açıqlamaları ilə yadda qalıb:

"Mançester Siti" məni "Çelsi"yə keçməmişdən əvvəl transfer etmək istəyirdi. Komanda inanılmaz formada idi, dünyanın ən yaxşı komandalarından biri idi. Mən keçmək istəyirdim. "Şəhərlilər" sənə elə yanaşdıqda, Qvardiola səni çağırsa, lazım olsa diz üstə sürünərsən. Lakin klublar razılığa gələ bilmədi. "Brayton"un tələbləri bazar vəziyyətinə uyğun deyildi, ona görə də əməliyyat baş tutmadı."

Xəbər xətti