“Barselona”nın futbolçusu Rafinya Madrid “Atletiko”suna qarşı 3:1 hesabı ilə qazanılan qələbədən sonra müsahibə verib.
Sportal.az xəbər verir ki, komandasının ilk qolunun müəllifi olan braziliyalı vinger 74-cü dəqiqədə əvəzlənməsinin səbəbini açıqlayıb:
“Formam yaxşıdır, lakin hələ optimal fiziki durumuma tam çatmamışam. Belə enerji tələb edən oyunda yorğunluq hiss etməyim təəccüblü deyil. Buna görə də dəyişiklik istədim, çünki gücüm qalmamışdı. Pedri də eyni şeyi hiss edirdi”.
saytlarin hazirlanmasi
