"Özümü tarixin ən yaxşısı hesab edə bilmərəm"

17:08 - 5 Dekabr 2025

“Real”ın sabiq futbolçusu Marselo dünya futbolu tarixinin ən yaxşı sol cinah müdafiəçilərindən biri kimi göstərilməsinə münasibət bildirib.

Sportal.az xəbər verir ki, 5 Çempionlar Liqası kuboku, 6 La Liqa çempionluğu və “kral klubu”nun heyətində qazandığı ümumilikdə 25 tituldan ibarət karyerasını şərh edən braziliyalı oyunçu məsələyə təvazökar şəkildə yanaşıb:

“Belə sözlər eşitməyi o qədər də xoşlamıram. Amma insanları da anlayıram. Deyim ki, Roberto Karlos tarixdə ən yaxşısıdır və bəlkə də bu, ona da xoş gəlməz. Yaxud Serxio Ramosun ən yaxşı mərkəz müdafiəçisi olduğunu söyləmək. Futbolu təkbaşına oynamırsan. Məsələ komandadadır. Əgər mənim nailiyyətlərimdən danışırıqsa, bu, “Real”ın sayəsindədir. “Real”ın futbolçusu olmuşam. Kuboklar bizimdir, amma onları təkbaşına qazanmaq olmur. Özümü kimləsə müqayisə edə bilmərəm və ya özümü tarixin ən yaxşısı hesab edə bilmərəm.”

Xəbər xətti