Mikel Arteta: "Necə oyun göstərməli olduğumuzu bilirik"

19:56 - 5 Dekabr 2025

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 15-ci turunda “Aston Villa” ilə qarşılaşmadan öncə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis necə oynamalı olduqlarını bildiklərini deyib:

“Onların nə etdiklərinə, necə oynadıqlarına və matçları necə qazandıqlarına baxsaq, bu, görərik ki, "Aston Villa" əla formada olan komandadır. Bizi çətin oyun gözləyir. Əlbəttə, biz rəqibin baş məşqçisini və onun gördüyü inanılmaz işi yaxşı tanıyırıq. Sabahkı oyunu bir fürsət kimi dəyərləndiririk. Hər dəfə qalib gələndə, təbii ki, hədəfinə bir addım daha yaxınlaşırsan. Bu, edə biləcəyimiz yeganə şeydir. Matça fokuslanmaq, sabaha çox yaxşı hazırlaşmaq lazımdır. Necə oyun göstərməli olduğumuzu bilirik. Potensialımızı ortaya qoymaq üçün hazır olacağıq”.

Qeyd edək ki, “Aston Villa” - “Arsenal” qarşılaşması dekabrın 6-da, Bakı vaxtı ilə 16:30-da keçiriləcək.

Xəbər xətti