"Beşiktaş" heyətini gücləndirməkdə israrlıdır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun əsas hədəfi “Mançester Yunayted” və İngiltərə millisinin sabiq forvardı Cessi Linqarddır.
Dekabrın 31-də “Seul”la müqaviləsi başa çatacaq 32 yaşlı futbolçu azad agent statusuna yiyələnəcək. “Beşiktaş” da məhz qış “transfer pəncərəsi” zamanı ingilislə 1,6 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Cesse Linqard 2024-cü ilin fevral ayından "Seul"da çıxış edirdi.
İngiltərə millisinin üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 66 rəsmi matçda 18 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
