"Milan" Rusiya klubunun futbolçusunu istəyir

18:48 - 7 Dekabr 2025

"Milan" "Zenit"in futbolçusu Qustavo Mantuanı heyətinə qatmağı planlaşdırır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, “rossonyerlər” Rusiya klubunun üzvünü mövsümün sonunda heyətə cəlb etmək niyyətindədir.

24 yaşlı braziliyalı müdafiəçinin “Zenit”lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. “Milan” onun üçün 5 milyon avro ödəməlidir.

Mantuan “Korintians”ın yetirməsidir və 2022-ci ildə bu komandadan Sankt-Peterburq təmsilçisinə keçib.
 

Xəbər xətti