II Liqa: "Qaradağ-Lökbatan" səfərdə qazandı, liderliyi ələ keçirdi

17:22 - 7 Dekabr 2025

Azərbaycan II Liqasında ikinci dövrəyə start verilib.

Sportal.az xəbər verir ki, "Qaradağ Lökbatan" "Ağstafa Gəncləri" ilə səfərdə qarşılaşıb.

Matç Lökbatan təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Belədə, "Qaradağ-Lökbatan" 12 matçdan 33 xalla liderliyi ələ keçirib. "Xankəndi" isə 11 matçdan 30 xalla 2-ci pillədədir.

12-ci tur çərçivəsində bazar ertəsi iki, çərşənbə axşamı üç oyun keçiriləcək. 

Azərbaycan II Liqası
12-ci tur
7 dekabr 

“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” 0:1
Qol
: T.Nəsibov, 8.
Ağstafa şəhər stadionu

Xəbər xətti