“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot hesab edir ki, komanda psixoloji problemlərlə üzləşir.
Sportal.az xəbər verir ki, Dalot açıqlamasında maraqlı fikirləri ilə yadda qalıb:
“Bəzən hər şeyi futbol keyfiyyətləri deyil, başqa şeylər həll edir. Bu mövsüm göstərdik ki, çox yaxşı komanda ola bilərik, amma öz daxilimizdə bəzi şeyləri aydınlaşdırmalıyıq. Bu, içəridən gəlməlidir. Qalib gəlmək üçün hər gün qəzəb, istək və enerji lazımdır.
Bu klubda çıxış etmək, oyunlar və titullar qazanmaq ideyasına bir az daha bağlı olmalıyıq. "Vaxt lazımdır" kimi bəhanələrə sığınmaq istəmirəm. Qalib gəlməliyik, burada və indi, çünki klub bunu tələb edir. Ona görə də bəzən qələbə üçün imkan olanda, amma qazana bilməyəndə daha çox ağrılı olur.
Hətta ardıcıl üç-dörd qələbədən sonra belə, insanlar beşinci, altıncı, yeddinci qələbəni də gözləyəcəklər. Buna görə də diqqətimizi yalnız bir oyuna, bir qələbəyə yönəltməliyik. "Vest Hem”lə oyunda liderlərə yaxınlaşmaq üçün yaxşı imkanımız var idi və məncə, bu, daha da məyusedicidir."
saytlarin hazirlanmasi
