"Sumqayıt"ın müdafiəçisi İsa Suliman uzun fasilədən sonra bu gün fərdi məşqlərə başlayacaq.
Sportal.az xəbər verir ki, Pakistan millisinin mərkəz müdafiəçisi 2023-cü ildən "kimyaçılar"ın heyətində olarkən zədələnmişdi və o vaxtdan bu bəri menisküsünün müalicə edirdi. İssa buna görə iki əməliyyat keçirmişdi.
Sulimanın növbəti iki həftə ərzində tam sağalacağı və qış təlim-məşq toplanışı zamanı komandaya qoşulacağı gözlənilir.
Onun "Sumqayıt"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
