"Ayaks"da ciddi itkilər - "Qarabağ"a qarşı oynamayacaqlar

11:19 - 9 Dekabr 2025

Niderlandın"Ayaks" klubu Çempionlar Liqasının 6-cı turunun Bakıda “Qarabağ"la oyununda 6 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi bu görüşdə Kennet Teylor, Vout Veqhorst, Yosip Şutalo, Ceyms Makkonnell, Cerald Aalders və Stiven Berqhuisin xidmətindən istifafə edə bilməyəcək.

"Qarabağ" - "Ayaks" matçı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.
 

Xəbər xətti