PSJ Çempionlar Liqasının oyununa itkilərlə çıxacaq

17:46 - 9 Dekabr 2025

PSJ Çempionlar Liqasının 5-ci turunun “Atletik”lə(Bilbao) oyununa itki ilə çıxacaq.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, Paris təmsilçisinin qolkiperi Lukas Şevalye bu görüşdə iştirak etməyəcək.

Fransız qolkiperin ayaq biləyində zədəsi olduğu üçün Bilbao klubu ilə görüşə çıxmayacaq.

Onunla yanaşı, Osman Dembele də bu matçın iştirakçısı olmayacaq.

Qeyd edək ki, PSJ-“Atletik” oyunu dekabrın 10-da keçiriləcək.

Xəbər xətti