Mateus Silva: "Missiyamızı sona qədər başa vurmalıyıq"

18:02 - 9 Dekabr 2025

"Qarabağ"ın müdafiəçisi Mateus Silva UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Ayaks"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az braziliyalı sağ cinah müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

- Bizi çox sabah ciddi oyun gözləyir. Çox təəssüf ki, hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Oyun fəlsəfəmiz hamıya bəllidir. Hamımız bilirik ki, meydanda nə edəcəyik. Doğma meydanda oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.

- Sabahkı oyuna xüsusi motivasiya ilə çıxacaqsınız? Bu mövsüm yaxşı performans göstərirsiz. Bunun davamını görə bilərik?

- Bu turnirdə uğurlu nəticə üçün təkcə mənim yüksək performans göstərməyim yetərli deyil. Komanda yoldaşlarım hamısı yüksək performans göstərməlidir. Söz verə bilərəm ki, sabah mən və komanda yoldaşlarım əlimizdən gələni edəcəyik.

- Sabah "Qarabağ" üçün həlledici oyunlardan biri olacaq. Komanda daxilində həyəcan var?

- Çempionlar Liqasında bütün oyunlar böyük oyundur. Amma hansısa həyəcan yoxdur. Digər matçlara necə hazırlaşırıqsa, bu oyuna da elə hazırlaşacağıq.

- Ötən mövsüm "Ayaks"a 0:3 hesabı ilə uduzmuşduz. Revanş hissi var?

- Doğrudur, keçən mövsüm onlara böyük hesabla uduzmuşduq. Amma bir sözü deyə bilərəm ki, vəziyyəti xeyrimizə dəyişmək istəyəcəyik.

- Adınız "Flamenqo" ilə hallanırdı. Bu, doğrudur?

- Mətbuatda çoxlu xəbərlər çıxır. Bütün xəbərlərə inanmaq məcburiyyətində deyilik. Biz yolun ortasındayıq. Öz missiyamız var. Onu bitirməliyik. Bir işə fokuslanmışıq və diqqətimizi yayındırmamlıdır. Düşünmək üçün vaxtımız var. Missiyamızı sona qədər başa vurmalıyıq.

Mirbağırağa

Xəbər xətti