Bu gün Misli Premyer Liqasında 14-cü turun oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, sonuncu oyun günündə "İmişli" "Sumqayıt"la üz-üzə gəlib. Qarşılaşma "kimyaçılar"ın minimal hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası
XIV tur
9 dekabr
19:30 "Sumqayıt" - "İmişli" 1:0
Qol: Rüstəm Əhmədzadə, 82
Baş hakim: Əliyar Ağayev
M.H. Sumqayıt şəhər stadionu
