"Dinamo"nun gənc hücumçusu Yusuf Mehtiyev yenidən AFFA-nın diqqət mərkəzinə düşüb.
Sportal.az saytına verilən məlumata görə, Gürcüstan nəhənginin əvəzedici heyətində oynayan forvardın U-21 yığmamıza kömək etməsi planlaşdırılır.
Onu canlı izləmək üçün hətta Gürcüstana yığma komandanın məşqçilərinin də göndərilməsi planlaşdırılır.
19 yaşlı futbolçu mərkəz hücumçusu “Dinamo”nun akademiyasının yetirməsidir.
O, Gürcüstanın U-16, U-18 və U-19 yığma komandalarında da oynayıb.
Əlavə edək ki, Mehtiyev ötən mövsüm "Dinamo"nun əsas heyətində də debüt edib və o, A komandası ilə məşqlərə də qatılır.
