Azərbaycan idmançıları Dünya Kubokunda uğurla çıxış etdilər

09:22 - 26 Dekabr 2025

Azərbaycan idmançıları Hindistanın Yeni Dehli şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda uğurla çıxış ediblər.

Sportal.az xəbər verir ki, millimiz zorxana üzrə komanda yarışlarında 3-cü yeri tutub.

Fərdi çıxışlarda Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsul Səfərov və Nihat Qasımov hərəyə 3 bürünc, Tural Allahverdiyev 1 bürünc medal qazanıb.

Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş mükafat əldə edib.

Yekunda Azərbaycan komandası Dünya Kubokunu ümumi medal sıralamasında 3-cü pillədə başa vurub.

Xəbər xətti