Azərbaycanlı futbolçu Ülvi Babayev Rusiyada klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, "Dinamo"da çıxış edən vinger Moskvanın digər təmsilçisi "Spartak"a keçəcək. Bu barədə insayder İvan Karpov məlumat yayıb.
21 yaşlı futbolçu “qırmızı-ağlar”la 2030-cu ilə qədər müqavilə imzalayacaq. Oyunçu yaxın günlərdə “Spartak” üçün tibbi müayinədən keçəcək.
Qeyd olunur ki, yarımmüdafiəçinin transferi ya bu qış, ya da mövsümün sonunda azad agent statusu alacağı vaxt baş tutacaq.
Qeyd edək ki, Ülvi Babayev bu mövsüm “Dinamo”nun heyətində bütün turnirlərdə meydana çıxdığı 15 rəsmi matçda 5 qol vurub. "Transfermarkt" portalı futbolçunun dəyərini 750 min avro olaraq qiymətləndirir. Gənc oyunçu Rusiyanın U-21 milli komandasının üzvüdür.
saytlarin hazirlanmasi
