“Turan Tovuz” 2 transferə hazırlaşır

14:18 - 7 Yanvar 2026

Aleks Souzanı Yaponiyanın “Kyoto Sanqa” klubuna satan "Turan Tovuz" bundan 700 min manata yaxın gəlir əldə edib.

Sportal.az "futbolpress.az" saytına istinadən xəbər verir ki, klub Aleksin yerini “doldurmaq” üçün yeni hücumçu axtarışına başlayıb.

Bundan başqa minimum daha bir legioneri heyətinə cəlb etmək istəyən “Turan Tovuz”un Sloveniyada oynayan bir müdafiəçi ilə danışıqlar apardığı bildirilir.

Böyük ehtimalla, ən azı bir hücumçu və bir müdafiəçi transfer ediləcək, uyğun variant olarsa, daha bir futbolçunun da cəlb edilməsi planlaşdırılır.

 

Xəbər xətti