Fransa millisinin və “Bavariya”nın müdafiəçisi Dayot Upamekano ölkəsinə geri qayıda bilər.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu PSJ-nin transfer siyahısında yer alıb.
“Bavariya” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Upamekano Paris klubuna keçmək haqda düşünür.
“Zaltsburq”, “Leyptsiq” klublarında oynamış fransalı 2021-ci ildə “Bavariya”ya keçmişdi.
