"Barselona"nın hücumçusu Çempionlar Liqası matçını buraxacaq - zədə səbəbindən

22:53 - 19 Yanvar 2026

“Barselona”nın hücumçusu Ferran Torres La Liqada “Real Sosyedad”a qarşı oyunu (1:2) bud nahiyəsində narahatlıqla başa vurub.

Sportal.az xəbər verir ki, As nəşrinin məlumatına görə, ispan futbolçu çərşənbə günü Çempionlar Liqasında “Slaviya” ilə keçiriləcək oyun üçün komanda ilə birlikdə Praqaya getməyəcək.

Hesab edilir ki, futbolçunun budun arxa səthində yüngül zədəsi var, buna görə də bazar günü “Ovyedo” ilə matçda iştirakı istisna olunmur. Ferranın oynayıb-oynamayacağı onun vəziyyətindən asılı olacaq. Oktyabrın ortalarında Torres artıq bud əzələsinin dartılması səbəbindən bir həftədən çox müddətə meydanlardan kənar qalmışdı.

Xəbər xətti