“Barselona” artıq Hansi Flikin mümkün varisi üzərində düşünür. Kataloniya klubunun baş məşqçisinin müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Əvvəl alman mütəxəssis bildirmişdi ki, uzunmüddətli öhdəliklərlə bağlanmaq istəmir, ona görə də müqavilənin uzadılması barədə qərarı tələsməyəcək.
Sportal.az "Diario Sport"a istinadən xəbər verir ki, “Barselona”dakı hər kəs istəyir ki, alman mütəxəssis komandaya mümkün qədər uzun müddət rəhbərlik etsin. Yaxın gələcəkdə baş məşqçinin dəyişdirilməsini istəməsələr də, klub Flikin yerinə namizədləri araşdırır. Əsas namizədlər PSJ-nin baş məşqçisi Luis Enrike və “Arsenal”ı çalışdıran Mikel Artetadır.
Qeyd edək ki, Enrike artıq 2014–2017-ci illərdə “Barselona”nı çalışdırıb. Arteta isə 1999–2000-ci illərdə klubun sistemində fəaliyyət göstərib.
saytlarin hazirlanmasi
