Eduardo Kamavinqa “Real"ın “Xetafe” ilə oyununu buraxacaq. Fransalı yarımmüdafiəçi "Benfika" ilə Çempionlar Liqası matçında (2:1) komanda yoldaşı Raul Asensio ilə toqquşmuşdu. Həmin epizodda ispaniyalı futbolçu xərəkdə meydanı tərk etmişdi.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, Kamavinqa şənbə günü təcili stomatoloqa müraciət etməli olub və bu səbəbdən bugünkü oyunda iştirakı sual altında idi. Bu səhər isə onun adı yekun olaraq “Real”ın heyətindən çıxarılıb.
Madrid klubu La Liqanın 26-cı turunda bu gün “Xetafe”ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
saytlarin hazirlanmasi
