"Mançester Yunayted" Markus Reşford və Rasmus Hoylundun satışı hesabına böyük məbləğ əldə etmək istəyir. Hər iki futbolçu bu mövsüm müvafiq olaraq "Barselona" və "Napoli" klublarında icarə əsasında çıxış edir.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, "mankunianlılar" bu iki futbolçunun satışından ümumilikdə 80 milyon avro qazanmağı planlaşdırır.
Artıq Hoylund üçün Neapol klubu 6 milyon avro ödəyib və gözlənilir ki, onlar danimarkalı hücumçunun müqaviləsində nəzərdə tutulan 44 milyon avroluq satınalma opsiyasını aktivləşdirəcəklər. Reşford isə “Barselona”ya 30 milyon avroya başa gələcək.
saytlarin hazirlanmasi
