"Bir milyard xərcləmisən və bildirirsən ki, qalib gəlməyin yeganə yolu künc zərbələridir?" - "Arsenal"ın baş məşqçisini tənqid etdi

15:22 - 12 Mart 2026

"Çelsi"nin keçmiş oyunçusu Con Obi Mikel "Arsenal"ın oyun tərzini tənqid edib. 

Sportal.az xəbər verir ki, "zadəganlar"ın sabiq futbolçusu "talkSPORT"a açıqlamasında London klubunun standart zərbələrə çox güvəndiyini və Premyer Liqanı sanki fırıldaqçılıqla qazanmaq istədiklərini deyib.

Nigeriyalı bildirib ki, Mikel Artetanın komandası künc zərbələri zamanı qanunsuz texnikalardan istifadə edir:

"Mikel Arteta, təxminən bir milyard xərcləmisən və bildirirsən ki, qalib gəlməyin yeganə yolu künc zərbələridir? Bu, gülüncdür. Mən "Arsenal"ın "Çelsi" ilə görüşünü izlədim. Deklan Rays rəqib müdafiəçini əməlli-başlı tuturdu və onun tullanmasına da mane olurdu. Buna son qoyulmalıdır, əks halda hər komanda bunu etməyə başlayacaq. "Arsenal"ın qələbələri çirkindir".

Keçmiş yarımmüdafiəçi əlavə edib ki, bu taktikalar "Arsenal"ın yaradıcı potensialını itirməsinə səbəbdir. O, əlavə edib ki, azarkeşlərin hazırda şikayət etməməsinin yeganə səbəbi klubun Premyer Liqaya liderlik etməsidir. Amma belə davam etməyəcəyi təqdirdə, narazılıqlar artacaq.

"Arsenal" 30 oyundan sonra 67 xalla Premyer Liqada liderdir. 

"Mançester Siti"dən isə 60 xalla 2-ci pillədədir. 

Xəbər xətti