"Turan Tovuz" millimizin futbolçusuna təklif irəli sürdü

13:22 - 3 Aprel 2026

"Turan Tovuz" Azərbaycan milli komandasının futbolçusu Ayxan Quseynovu buraxmaq niyyətində deyil. 

Sportal.az saytına verilən məlumata görə, Tovuz təmsilçisi millimizin yeni üzvü üçün yeni müqavilə təklif edib. 

26 yaşlı futbolçunun “Turan Tovuz”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Onun daha 2 illik müqavilə imzalayacağı gözlənilir.

Quseynov 2022-ci il avqustun 20-dən Tovuz klubunda çıxışedir və müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

Əlavə edək ki, Ayxan Azərbaycan millisinin heyətində "FİFA seriyası-2026" beynəlxalq turniri oyunlarında debüt edib.
 

Xəbər xətti