Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv C Liqasının 3-cü qrupu çərçivəsində Andorra ilə üz-üzə gələcək.
Qarşılaşmağa Bakı vaxtı ilə 21:00-da start veriləcək.
Millimiz 3 xalla 2-ci pillədə yer alıb.
Şimali Makedoniya 3 xalla 3-cü, Andorra 1 xalla sonuncudur.
21:00 Andorra- Azərbaycan (qadınlar)
Milli stadion, Andorra
Baş hakim: Kristina Kozoroq(Ukrayna)
