"Mançester Siti"nin müdafiəçisi üçün mövsüm erkən başa çatdı

15:32 - 17 Aprel 2026

"Mançester Siti"nin zədəli olan müdafiəçisi Ruben Diaşın durumu bəlli olub.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçunun ayağındakı zədə ciddidir. Bu "Manchester Evening News" portalı məlumat yayıb.

Diaş mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. Portuqaliya millisinin üzvü dünya çempionatına kimi hazır olacaq.

Qeyd edək ki, "Mançester Siti" Ruben Diaşı 2020-ci ilin yayında "Benfika"dan 71 milyon avroya transfer edib. 28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti