"Turan Tovuz"un hücumçusu Joarlem Santos Batista Misli Premyer Liqasının 28-ci turunun "Araz-Naxçıvan"la (3:0) görüşü haqda danışıb.
Sportal.az saytına açıqlama verən braziliyalı forvard komandasının səfər qələbəsi barədə bunları deyib:
"İlk hissə bizim üçün çox çətin alındı. Hər şey də istədiyimiz kimi getmirdi. Buna görə də qol vura bilmədik. İkinci hissədə daha yaxşı oynadıq. Fasilədə bizə tapşırıq verildi ki, daha çox topa sahib olaq, ötürmələrdə daha dəqiq oynayaq. Düşünürəm ki, bunu bacardıq. İnanıram ki, Kurban Berdiyevin fasilədəki sözləri bizə təsir etdi. Kubok yarımfinalının ilk oyunundakı məğlubiyyətdən və “İmişli” ilə görüşdə xal itirdikdən sonra Berdiyevin dediyi sözlər həlledici oldu. Məşqçilər korpusu komandanı topladı və bizi düzgün sözlərlə dəstəklədi. Bu kimi şeylər bizə düzgün vaxtda güc verir.
İki qol vuraraq ümumi uğurumuza töhfə verdiyim üçün şadam. Mövsümün bu mərhələsində hər xal çox vacibdir. Bunun öhdəsindən gələ bildik. Gələcəyə baxacağıq. Amma bununla kifayətlənməyəcəyik. İkinci pilləyə yüksəlmək şansımız var. Biz bundan yararlanmalıyıq".
Mirbağırağa
