Premyer Liqa klubunun yeni baş məşqçisi açıqlandı

20:21 - 20 Aprel 2026

Mövsümün sonunda Andoni İraola ilə yolların ayrılacağını açıqlayan "Bornmut" yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Marko Roze çalışdıracaq. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı mütəxəssislə 2028/2029 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. 49 yaşlı məşqçi mövsüm başa çatdıqdan sonra işə başlayacaq.

Qeyd edək ki, Marko Rozenin son iş yeri "Leypziq" olub. O. 2025-ci ilin martında Almaniya klubundan ayrılıb.

Xəbər xətti