"Arsenal"ın vingeri Qabriel Martinelli karyerasını Fransada davam etdirməyə yaxındır.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, PSJ braziliyalı üçün hərəkətə keçib.
Fransa nəhəngi Martinellinin transferini bu yay reallaşdırmaq niyyətindədir.
"Topçular" 24 yaşlı oyunçunu 50 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Qabriel Martinelli cari mövsümdə "Arsenal"ın heyətində meydana çıxdığı 46 rəsmi matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
