Bu gün Misli Premyer Liqasında XXIX tura yekun vurulub.
Sportal.az xəbər verir ki, sonuncu gündə iki matç baş tutub.
"Zirə" "Turan Tovuz"un qonağı olub. Qarşılaşma bərabərliklə yekunlaşıb.
"Sabah" isə "Karvan-Yevlax"ı qəbul edib. Burada meydan sahibləri qələbəyə sevinib.
Misli Premyer Liqası
XXIX tur
27 aprel
18:00 "Turan Tovuz"- "Zirə" 1:1
Qollar: Rəhim Sadıxov, 22 - Davit Volkov, 63
Baş hakim: Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu
20:00 "Sabah" - "Karvan-Yevlax" 2:0
Qollar: Patrik Mbina, 49, Aron Maluda, 55
Qırmızı vərəqə: Aleksey İsayev, 64 - Tompson Qavi, 39
Baş hakim: Kamranbəy Rəhimov
“Bank Respublika Arena”
