"Turan Tovuz"un hücumçusunu Braziliya klubu istəyir

10:22 - 15 May 2026

"Turan Tovuz"un hücumçusu Joarlem Santos bir çox klubun transfer siyahısındadır.

Sportal.az xəbər verir ki, braziliyalı hücumçunu "Braqa" transfer etmək istəyir.

Portuqaliya klubu ilə yanaşı, Jo üçün Braziliyadan "Braqantino" da hərəkətə keçib.

Onun bu klubların təklifinə razılıq verib-verməyəcəyi hələ ki dəqiq deyil.

Təcrübəli forvardın "Turan Tovuz"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

31 yaşlı hücumçu "Linense", "Kapivariano"(Braziliya), "Mito"(Yaponiya), “Sportinq Kovilya”, “Şaviş”(Portuqaliya) klublarının formasını geyinib.

Xəbər xətti