"Neftçi" "Sabah"ı məğlub etdi, "Zirə"dən qələbə - YENİLƏNİB

19:56 - 17 May 2026

Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, sonuncu gündə iki matç keçirilib.. Çempionluğu rəsmiləşdirmiş "Sabah" "Neftçi" ilə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Zirə" isə "Sumqayıt"ı son dəqiqələrdə vurduğu qolla 2:1 hesabı ilə məğlub edib.

Misli Premyer Liqası
XXXII tur

17 may

18:00 "Sabah" -"Neftçi" 1:2

Qol: Aleksey İsayev,3, - Andrey Ştoqrin, 9, İfeanyi Metyu, 70
Baş hakim: Kamal Umudlu
“Bank Respublika Arena”

18:00 "Zirə" -"Sumqayıt" 2:1

Qol:  Ruan Renato, 19(pen), 90+8(pen) - Aleksandr Ramalinqom, 45
Baş hakim: Cavid Cəlilov
Zirə İK stadionu

Xəbər xətti