Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Turan Tovuz" 32 il sonra qatılacağı avrokuboka gücləndirilmiş heyətlə yollanmağı planlaşdırır.
Sportal.az fanat.az-a istinadən xəbər verir ki, qərb təmsilçisinin 4 yeni transfer edəcəyi dəqiqləşib.
Baş məşqçi Kurban Berdiyev rəhbərlikdən demək olar bütün mövqelərə 1 yeni oyunçunun alınmasını tələb edib. Konkret, komandaya bir qapıçı, bir müdafiəçi, bir yarımmüdafiəçi və bir hücumçu cəlb olunacaq.
Bu arada, komandadan ayrılacağı gözlənilən daha bir futbolçunun adına aydınlıq gəlib. Qapıçı Sergey Samok, Şəhriyar Əliyev, Tural Bayramlı, Xəyal Nəcəfov və Filip Ozobiçlə yanaşı, müdafiəçi Mark Rene Mampassi də yola salınacaq. Moskva “Lokomotiv”inə məxsus olan 22 yaşlı gənc futbolçunun icarə müddəti başa çatır. Donetsk “Şaxtyor”unun yetirməsi olan futbolçu Rusiya klubuna dönəcək.
Xatırladaq ki, 32 oyuna 59 xal toplayan "Turan Tovuz" bürünc medalları təmin edib.
saytlarin hazirlanmasi
