Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Şəfa” heyətlə bağlı növbəti addımları atmağa hazırlaşır.
Sportal.az saytına verilən məlumata görə, öncədən yüksək liqada yalnız yerli futbolçulardan ibarət heyətlə mübarizə aparmağı planlaşdıran Bakı təmsilçisi heyətə bir neçə legioner də cəlb edəcək.
Belə ki, klub öncə yerli futbolçuların transferinə diqqət edəcək. Əgər istədikləri oyunçuların keçidi reallaşmasa, o zaman legionerlə danışıqlara start verəcəklər.
Qeyd edək ki, başa çatan mövsümdə "Şəfa" I Liqada 57 xalla çempionluğunu rəsmiləşdirərək, 2026/2027 mövsümündən Premyer Liqada mübarizə aparmağa haqq qazanıb.
