İspaniya millisinin üzvü Raul Asensio bu yay “Real”ı tərk etmək istəmir.
Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, müdafiəçi komandadakı vəziyyətini yaxşılaşdırmaq istəyir.
Asensio Madrid klubuna sadiq qalacağına söz verib. Müdafiəçi gələn mövsümə "Real”da başlamağı planlaşdırır.
23 yaşlı futbolçunun “kral klubu” ilə müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir.
