"Real" klubunun prezident postuna namizəd kimi Enrike Rikelmenin müraciəti təsdiqlənib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi bildirib ki, Rikelme bank zəmanətlərini və bütün lazımi sənədləri təqdim edib.
Bundan əvvəl Florentino Peresin seçkilərdəki rəqibinin İspaniya bankları ilə problemlər yaşadığı deyilirdi. Enerji şirkəti "Cox Energy"nin rəhbəri Banko Santander və BBVA-dan tələb olunan maliyyə zəmanətlərini ala bilməmişdi. İddia olunurdu ki, imtina Madrid klubunun hazırkı prezidenti Florentino Peres tərəfindən göstərilən təzyiqlərlə bağlıdır. Peres həmin banklarla sıx əlaqələri olan "Grupo ACS" tikinti şirkətinin sahibidir.
saytlarin hazirlanmasi
