“Sabah”la “qızıl” qazandı, çempionla 100 minə razılaşdı

15:23 - 30 May 2026

Premyer Liqaya vəsiqə qazanan “Şəfa” transfer çalışmalarına start verib.

Elgiz Kərəmlini baş məşqçi postundan göndərən paytaxt təmsilçisi yeni baş məşqçinin (Zaur Həşimov olacağı böyük ölçüdə dəqiqdir – H.) istəyinə uyğun heyət formalaşdırır.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, “Şəfa” “çərçivə”də rəqabət yaratmaq üçün Nicat Mehbalıyevlə danışıq apararaq istəyinə çatıb.

“Sabah”la Premyer Liqanın qalibi olan 25 yaşlı qapıçı ilə aylıq 10 min manat, 10 aylıq 100 min manat maaş qarşılığında razılıq əldə olunub.

Maraq üçün bildirək ki, I Liqanın qalibi olan “Şəfa”nın qapısını aşağı dəstədə Əlirza Müştəbazadə qoruyurdu.

Nicat Mehbalıyev ötən mövsüm “Sabah”ın heyətində 2 oyunda meydana çıxmaqla qapısından 2 top buraxıb.

Xəbər xətti