"Turan Tovuz"un qapıçısını Premyer Liqa klubu istəyir

12:48 - 4 İyun 2026

"Turan Tovuz"un qapıçısı Oleq Baklov Rusiyaya geri qayıda bilər.

Sportal.az saytına verilən məlumata görə, Tovuz təmsilçisinin qolkiperinə Rusiyadan maraq böyükdür.

Rusiya Premyer Liqasına geri qayıdan “Fakel” tacik qapıçı ilə maraqlanır. Amma Baklovun “Turan Tovuz”la müqavilə müddəti daha bir illik qüvvədə olduğundan onun Rusiyaya geri qayıtması çətin görünür.

Kurban Berdiyevin də əsas qapıçı kimi gördüyü Baklov 2025-ci ildə “Ufa”dan “Turan Tovuz”a keçib.

O, bundan əvvəl “Sızran-2003”, “Ural”, “Kamaz” klublarının qapısını qoruyub.
 

Xəbər xətti