"Malta ilə matçın birinci hissəsində futbolçular sanki çəkinərək oynayırdı" - millimizin sabiq futbolçusu

13:22 - 8 İyun 2026

"Milli komandamıza hər oyunda uğurlar arzu edirəm. Təlim-məşq toplanışında və ya yoldaşlıq oyunlarında nəticə o qədər də vacib deyil. Çünki Ayxan müəllim optimal heyəti qurmaq istəyir. Qalib gəlsək, daha yaxşı olardı. Hər bir futbolçumuza əlavə motivasiya verərdi. Millimiz Malta ilə matçın ikinci hissəsində daha yaxşı oynadı. Qol epizodları yaratdılar. Yaxşı oynadığımızı düşünürəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında milli komandamızın sabiq futbolçusu Elvin Məmmədov deyib.

Yığma komandamızın şərəfini qorumuş Məmmədov sabah San Marinoya qarşı keçiriləcək yoldaşlıq görüşündən gözləntilərini bildirib: "Dediyim kimi, milli yaxşı oynadı. İlk hissədə futbolçular sanki çəkinərək oynayırdı. Ancaq ikinci hissədə daha keyfiyyətli və daha sürətli oyun oldu. Sadəcə qol epizodlarını dəyərləndirə bilmədi futbolçularımız. Yoxsa, nə qədər epizod yaratdığımızı gördünüz. Bəli, inanıram ki, millimiz San-Marino ilə görüşdə qələbə qazanar. Millimizə uğurlar arzu edirəm. Bu görüşdə də yaxşı qol epizodları yaradaraq, onlardan istifadə edərək qalib gələcəyimizə inanıram".

Mirbağırağa
 

Xəbər xətti