"Şamaxı"nın yeni baş məşqçisi Azər Bağırov komandaya artıq yerli futbolçulardan kimləri cəlb edəcəyini müəyyənləşdirib.
Sportal.az saytına verilən məlumata görə, Bağırov "Araz-Naxçıvan"da işlədiyi dönəmdə komandanın kapitanı olan, ötən mövsüm isə "Karvan Yevlax"da kapitan sarğısı daşımış Vadim Abdullayevi "Şamaxı"ya çağırıb.
Artıq tərəflər arasında razılıq olub. Abdullayevin yeni mövsümdən məhz "Şamaxı"da oynayacağı dəqiqləşib.
saytlarin hazirlanmasi
