Nestanın yeni klubu bəlli oldu

19:59 - 9 İyun 2026

İtaliyalı məşqçi Alessandro Nestanın yeni iş yeri məlum olub.

Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis B Seriyasında çalışacaq.

Nesta "Avellino"nun baş məşqisi vəzifəsinə təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli çalışdırıcı ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Alessandro Nestanın son iş yeri 2025-ci ilin iyununda ayrıldığı "Montsa" olub.

Xəbər xətti