Millimiz qrupdakı son oyununda qalib gəldi

23:41 - 9 İyun 2026

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində qrupdakı son matçını keçirib.

Sportal.az xəbər verir ki,  səfərdə Şimali Makedoniya ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qalib gəlib. Komandamız ilk hissədə vurduğu qollarla üstünlüyü ələ alıb və fasilədən sonra hesabı qoruyaraq meydanı qələbə ilə tərk edib.

Millimizin heyətində qolları 8-ci dəqiqədə Kristina Bakarandze, 28-ci dəqiqədə Mələk Mollayeva və 37-ci dəqiqədə Nigar Mirzəliyeva vurublar.

Qeyd edək ki, Azərbaycan millisi bu oyunla seçmə mərhələdəki qrup mübarizəsini 2-ci pillədə başa vurub.

Xəbər xətti