"Dinamo"nun azərbaycanlı hücumçusu: "Lorenzo ilə çox yaxşı münasibətim var" - MÜSAHİBƏ

17:22 - 14 İyun 2026

Azərbaycanın U-21 yığma komandasının hücumçusu Yusuf Mehtiyev Sportal.az saytına müsahibə verib. “Dinamo”ya (Tbilisi) məxsus olsa da, Gürcüstan yüksək liqasında yarışan “Meşxete” klubunda icarə əsasında oynayan Mehtiyev U-21 yığmasında keçirdiy iki həftəlik toplanışdan danışıb.

- Azərbaycanın yığmasının heyətində oldun. Ümumilikdə toplanış komanda və sənin üçün necə keçdi? Daha çox diqqətini çəkən hansı məqam oldu?

- Düşünürəm ki, ikinci oyunda məğlubiyyətə baxmayaraq, toplanış bizim üçün yaxşı keçdi. Komanda olaraq qarşıdakı görüşlər üçün nəyi düzəltməli olduğumuzu gördük.

- Kollektivlə münasibətin necə idi? Səni necə qarşıladılar?

- Hər şey çox yaxşı idi. Məni kollektivdə çox yaxşı qarşıladılar. Hər kəsə də çox minnətdaram.

- Yığma Bəhreyni U-20 yığmasına qalib gəldi, Qırğızıstan U-20 yığmasına uduzdu. Səncə, bu matçlarda millinin performansı necə idi? Qırğızlar bizdən güclü idi deyə, uduzduq?

- Hər iki oyunda da dominant biz idik. Top da oyunboyu bizdə olurdu. Hücum edən tərəf biz idik. Lakin biz bəxtsizlik yaşadıq. Epizodlardan istifadə edə bilmədiyimiz üçün ikinci matçda uduzduq.

- Məşqçilər korpusu səndən razılıq etdi? Səncə, özünü yaxşı tərəfdən göstərə bildin, yoxsa maksimumunu göstərə bilmədin?

Mən futbolçuyam. Bu haqda danışmağım doğru olmazdı. Çünki mən futbolçu olaraq verilən tapşırığı yerinə yetirib, daim ən yaxşısına çalışıram. Təbii ki, yığma komandada olduğum üçün xoşbəxt idim. Bu da mənə əlavə motivasiya vermişdi. Həm də, ümumilikdə ən yaxşısına çalışdım. Performansım haqda isə dediyim kimi, məşqçilər korpusu şərh verə bilər, mən yox.

- U-21 yığmasını qarşıda seçmə mərhələ matçları gözləyir. Necə düşünürsən, həmin matçlara dəvət ediləcəksən? Yığmaya həm də Lorenzo Mezettero dəvət edilmişdi, o da hücumçudur. Onunla rəqabət aparmaq çətin olmayacaqki?

- Mən yığma komandada olaraq maksimumu vermək istəyirəm. Lorenzo ilə çox yaxşı münasibətim var. Toplanış vaxtı da eyni otaqda qalırdıq. Kim oynasa belə, əsas olan millinin uğurudur.

- "Dinamo"ya məxsus futbolçusan, icarə əsasında "Meşxeta"da oynayırsan. Klub karyeranla bağlı dəyişiklik edəcəksən? Klub karyeranı Avropada və ya Azərbaycanda davam etdirmək qərarı verə bilərsən?

- Hələlik "Meşaxte"dəyəm. Mövsüm də Gürcüstanda davam edir. Gələcək komandamla bağlı qərarı agentimlə birlikdə gələcək təkliflərə görə dəyərləndirəcəyik.

Mirbağırağa

Xəbər xətti