"Bəli, artıq "Şəfa"nın futbolçusuyam. "Qəbələ"dən ayrılmağımın səbəbinə gəldikdə, bəzi məsələr oldu ki, danışdıq və sonda yollarımız ayrıldı. "Şəfa"dan da təklif gəldi. Onlarla görüşdük, danışdıq və yanaşmalarını bəyəndim. Mənə olan inamlarına görə də "Şəfa"nı seçdim".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Şəfa"nın yeni transferi Murad Musayev deyib.
"Qəbələ"nin sabiq kapitanı "Şəfa"dakı perspektivindən də bəhs edib. O, Premyer Liqada "Qəbələ"yə qarşı görüşlərin onun üçün prinsipiallıq daşımayacağını deyib:
"Şəfa"da yeni komanda qurulur və hamının üzərinə də böyük yük düşür. İndiki durumda biz də çalışacağıq, əlimizdən gələni etməliyik ki, kluba xeyrimiz dəysin. "Qəbələ" ilə matç tutacaq görüşlərə gəldikdə, bu klub mənim həm futbolda, həm də həyatımda böyük rol oynayıb. Orada gözəl günlərim olub, xatirələrim qalıb. "Qəbələ"yə qarşı heç bir prinsipim ola bilməz. Həmişə digər oyunlara necə hazırlaşmışamsa, bu komandaya qarşı da eynisi olacaq".
Mirbağırağa
