"Atletiko" “Fulhem” və Mərakeş millisinin müdafiəçisi İssa Diopa elçi düşüb.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu 29 yaşlı futbolçu üçün hərəkətə keçib.
Diop özü İspaniyaya yollanmağa hazır olduğunu menecerinə bildirib. Onun “Fulhem”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Fransanın U-21 yığmasının da şərəfini qorumuş İssa “Tuluza”, “Vest Hem” klublarının sabiq oyunçusudur.
