Qambiya millisinin müdafiəçisi "Şəfa"da - FOTO

15:55 - 20 İyul 2026

“Şəfa” klubu növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, müdafiəçi Maudo Lamine Jarjue ilə 2 illik müqavilə imzalanıb.

28 yaşlı qambiyalı futbolçu ikinci dəfə Azərbaycanda çıxış edəcək. O, daha əvvəl “Səbail”in formasını geyinib.

Jarjue peşəkar futbolçu karyerasına Portuqaliyanın “Jil Visente” klubunda başlayıb. Eyni zamanda Avstriyanın “Austria” (Vyana), İsveçin “Elfsborq”, Slovakiyanın “Slovan” (Bratislava), Norveç “Sandefyord” və Şimali Makedoniyanın “Struqa” komandalarında çıxış edib. 

Maudo Qambiya millisinin də üzvü olub və 2 matçda meydana çıxıb.


Xəbər xətti