"Səbail" Türkiyə toplanışını qələbə ilə başa vurdu FOTO

20:17 - 24 Avqust 2026

2026/2027-ci il mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail” qonşu ölkədə son yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda Şimali Kipr Türk Respublikası təmsilçisi “Mağusa” klubu ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda Aldo Josue Qomes Soares (Dinyo) dubla imza atıb.

Bununla da “Səbail”in Türkiyədəki təlim-məşq toplanışı başa çatıb.


Xəbər xətti