Bu gün Misli Premyer Liqasında 4-cü turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, ikinci gündə daha iki oyun keçirilib.
“Sabah” "Zirə" ilə üz-üzə gəlib. Meydan sahibləri 5:0 hesablı qələbəyə seviniblər. “Neftçi” isə “Şəfa”nı qəbul edib. Burada da "Neftçi" 4:1 hesabı ilə qalib gəlməyi bacarıb.
Misli Premyer Liqası
IV tur
5 sentyabr
“Sabah” – “Zirə” 5:0
Qollar: Velko Simiç, 7, Coy Lens Mikels, 13 (pen), 30, 57, Kristian Nvaçukvu, 51
Masazır, Bank Respublika Arenası.
Baş hakim: İnqilab Məmmədov
20:30 “Neftçi” – “Şəfa” 4:1
Qollar: Rüfət Abbasov 35, Şkribbek 64, 66, Breno Almeyda, 78(pen), - Murad Musayev 48
Bakı, Palms Sport Arena
Hakim: Əliyar Ağayev
