Bu gün Misli Premyer Liqasında 5-ci tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
"Neftçi" Yevlaxda "İmişli"nin qonağı olub. Yevlax şəhər stadionunda keçirilən qarşılaşma Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası
V tur
16:30. "İmişli" – "Neftçi" 2:3
Qollar: Bəxtiyar Həsənalızadə, 29, Azər Salahlı, 45+7 (pen) - Fredi Farqas, 11, Breno Almeyda, 28, Qustavo Klisman, 80
Baş hakim: Kamranbəy Rəhimov
Yevlax şəhər stadionu
